Köçəryan və 2 oğlu saxlanıldı - YENİLƏNİB

Robert və Levon Köçəryanlardan əlavə, Robertin digər oğlu Sedrak Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Səhmdarları arasında Sedrak Köçəryanın da olduğu "Yerevan Toyota" şirkətinin bu gün bağlandığı bildirilir.

Qeyd edək ki, bu səhər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Robert Köçəryan və oğlu Levon Köçəryanın evinə basqın edərək onları saxlayıb. 

***09:29

İstintaq orqanları Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı saxlayıb. 

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

O, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil verilib. 

Bu səhər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Köçəryanın oğlu Levon Köçəryanı da saxlayıblar. 

***08:57

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə basqın edib.

Referans Media  xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Mesrop Manukyan açıqlayıb. 

Levon Köçəryan axtarışlardan sonra MTX-yə aparılıb, digər detallar hələlik məlum deyil.

Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən "Köçəryan klanı"na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki