Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Referans Media xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə, o boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
