Robert Koçaryan saxlanılıb, oğlunun evində axtarış aparılır

Ermənistanın ikinci prezidenti Robert Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb.

Referans Media-ın məlumatına görə, bu barədə eks-prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.

B. Mikoyanın sözlərinə görə, səhər saatlarında istintaq orqanlarının əməkdaşları Robert Koçaryanı Antikorrupsiya Komitəsinə gətiriblər.

Eyni zamanda, səhər saatlarından etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları eks-prezidentin oğlu Levon Koçaryanın evində axtarış aparırlar. Məlumat rəsmi olaraq təsdiqlənib.

Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya cinayətlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Komitədən zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyi açıqlanıb.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Koçaryan ailəsinə məxsus "Orange Premium Fitness Club" idman kompleksində və "Toyota" avtomobil salonunda da istintaq əməliyyatları aparırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki