Türkiyədə daha bir məktəbə silahlı hücum olub.
Referans Media xəbər verir ki, “Haberler” nəşri məlumat yayıb.
Hadisə Kahramanmaraş vilayətində yerləşən Ayşel Çalık orta məktəbində qeydə alınıb.
Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin məlumata görə, 6 nəfər yaralanıb.
Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseylərdən birində silahlı hücum baş verib. Hadisə nəticəsində 18 nəfər yaralanıb, hücum edən şəxs isə intihar edib.
