Türkiyənin Muğla şəhərinin Marmaris bölgəsində turist gəmisi batıb.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Marmaris körfəzində səyahət edən "Big Boss" adlı gəzinti gəmisi, hələlik müəyyən edilməmiş səbəblərdən Cənnət adası yaxınlığındakı Akvarium körfəzində batıb.
Əraziyə dərhal sahil mühafizəsi qrupları göndərilib. Əlavə məlumat verilməyib.
