Sonradan oyuna girdi, qələbəni gətirdi: Hyeon-Gyu Oh gecənin qəhrəmanı oldu

2026-cı il FIFA Dünya Çempionatının A qrupunda keçirilən ilk tur oyununda Cənubi Koreya geridönüş edərək Çexiyanı 2:1 hesabı ilə məğlub edib. Qələbə qolunun müəllifi isə Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Hyeon-Gyu Oh olub.

Referans Media xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçirilən qarşılaşmada hesabı ilk açan tərəf Çexiya yığması olub. Komandanın kapitanı Ladislav Krejcí 59-cu dəqiqədə uzun aut atışından sonra baş zərbəsi ilə komandasını önə keçirib.

Cənubi Koreya isə bu qola tez cavab verib. 67-ci dəqiqədə Hvanq İn-beom hesabı bərabərləşdirib. Oyunun taleyini həll edən məqam isə 80-ci dəqiqədə yaşanıb. 69-cu dəqiqədə Son Heung-min əvəzində meydana daxil olan Hyeon-Gyu Oh rəqib qapısına yol taparaq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra Cənubi Koreya A qrupunda ilk 3 xalını qazanıb. Çexiya isə turnirə məğlubiyyətlə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki