“Space”nin yeni rəhbərinə müşavir təyin edildi

Space TV-də Baş direktorun müşaviri vəzifəsinə təyinat olub.

Referans Media  Valyuta.az-a istinadla xəbər verir ki, bu vəzifə Elçin İsmayılova həvalə edilib.

O, 2022-2025-ci illərdə "Fonem Creative"şirkətində Kreativ direktor, 2023-2024-cü illərdə "Kapital Bank"da Baş kreativ mütəxəssis, "Kontakt Home"da Baş kopirayter və Kreativ direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Elçin İsmayılov "Puzzle Agency"nin təsisçisidir.

O, 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb.

Xatırladaq ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Bu ilin may ayında "Space" televiziyasının təsisçisinin qərarı ilə isə Ayaz Mustafayev kanalın baş direktoru təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki