Rusiyada spirtli içki satışı QADAĞAN EDİLDİ

27 iyun Gənclər Günü və son zənglə bağlı keçirilən məzun gecəsi ilə əlaqədar olaraq Rusiyanın 40 bölgəsində spirtli içki satışı qadağan ediləcək.

Referans Media  xəbər verir ki, bu barədə “RİA Novosti” regional qanunvericiliyə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiyada Gənclər Günü iyun ayının son şənbə günü qeyd olunur. Rusiya Təhsil Nazirliyi bölgələrə məzun mərasimlərinin bu gün keçirilməsini tövsiyə edib. Buna görə də hər bir bölgə spirtli içkilərin satışını məhdudlaşdırmaq qərarına gəlib.
 

Başqırdıstan , Altay Respublikası , Dağıstan , Kalmıkiya , Qaraçay-Çərkəz , Komi, Mari El , Mordoviya , Xakasiya, Çuvaşiya , Xabarovsk, Kamçatka və Zabaykalsk diyarlarında, eləcə də Amur, Arxangelsk, Bryansk, Volqoqrad, Voloqda, İrkutsk, Kalininqrad, Kemerovo, Kirov, Kursk, Leninqrad, Lipetsk, Maqadan, Murmansk, Orenburq, Ryazan, Saratov, Penza, Saxalin, Smolensk və Tümen vilayətlərində müvafiq qadağalar tətbiq edilib.

Göstərilən bölgələrdən əlavə, Nenets və Çukotka Muxtar Dairələrində, Yamalo-Nenets Muxtar Dairəsində , Sevastopolda , Zaporojye və Xerson vilayətlərində, Luqansk və Donetsk Xalq Respublikalarında və Sankt-Peterburqda spirtli içkilər satışa çıxarılmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki