Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirib.

Referans Media  xəbər verir ki, xəbər verir ki, hadisə iyunun 18-də rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin səylərinə baxmayaraq, o, ötən gün xəstəxanada vəfat edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki