Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən İnnovasiya və Təchizat Mərkəzi PHŞ Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əsaslı təmir işləri aparacaq.
Referans Media xəbər verir ki, işin icrası üçün 10 milyon 689 min 586 manat xərclənməsi planlaşdırılır.
İşlər çərçivəsində xəstəxananın əsas binasının və yardımçı korpuslarının əsaslı təmiri, yenidənqurma, eləcə də həyətyanı ərazidə abadlıq-quruculuq işlərinin görülməsi nəzərdə tutulur./nocomment.az/
