Bu ölkədə sərnişinlər avtobusda YANDI

Hindistanın Dehli şəhəri yaxınlığındakı Böyük Noida ərazisində sürətli yolda hərəkətdə olan avtobusda yanğın baş verib.

Referans Media xəbər verir ki, hadisə nəticəsində azı 9 nəfər ölüb.

Məlumata görə, hadisə zamanı avtobusda 35 sərnişin olub.

Yanğının başvermə səbəbi hələlik məlum deyil və araşdırılır. Hadisə ilə bağlı cinayət işi açılıb.

Polis araşdırma çərçivəsində avtobusun sürücüsü və konduktorunu saxlayıb./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki