Zəlzələ səbəbilə bu şəhərdə də məktəblər bağlandı

Türkiyənin Şanlıurfa vilayətinin Pınarbaşı rayonunda baş verən 5,4 maqnitudalı zəlzələ səbəbilə vilayət üzrə təhsilə bir gün ara verilib.

Referans Media TRT xəbərə istinadən xəbər verir ki, zəlzələ saat 10:40-da baş verib və ətraf vilayətlərdə də hiss olunub. Şanlıurfa valisi Həsən Şıldak zəlzələ ilə bağlı hər hansı mənfi halın qeydə alınmadığını bildirib.

Şanlıurfa Valiliyi təhlükəsizlik tədbirləri çərçivəsində vilayət ərazisindəki bütün təhsil müəssisələri, uşaq bağçaları və gündüz qayğı mərkəzlərində 24 sentyabr 2026-cı il tarixində tədrisə ara verildiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki