Dünən paytaxtın Xətai rayonunda kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı bəzi faktlar üzə çıxıb.
Referans Media xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölümlə nəticələnən hadisə General Əliağa Şıxlınski küçəsində yerləşən “Abu Hava Green Tone” ailəvi restoranında baş verib.
Həmin restoranın iqtisadçı-jurnalist, “P-S Media” şirkətinin rəhbəri Odər Qəniyə məxsus olduğu bildirilir.
O, daha əvvəl deputatlığa namizəd də olub.
