Süni intellekt dünyaya öz Çernobılını yaşada bilər – Yaradıcı alimdən fəlakət xəbərdarlığı

Süni intellekt dünyaya 2026-2027-ci illərdə öz "Çernobılı"nı yaşada bilər.

Referans Media xəbər verir ki, bu iddia ilə Nobel mükafatı laureatı Ceffri Hinton "The Guardian" qəzetinə verdiyi müsahibədə çıxış edib.

Süni intellektin “xaç atalarından" biri olan Hinton süni intellektlə bağlı böyük texnoloji fəlakət yarana biləcəyi barədə xəbərdarlıq edib. Mümkün ssenarilərə kütləvi elektrik kəsilməsi və ya qlobal maliyyə sisteminin bir həftəliyə dayanması daxildir.

Hinton həmçinin iri süni intellekt şirkətlərinin rəhbərlərini mənfəəti təhlükəsizlikdən üstün tutmaqda günahlandırıb.

"Bəlkə də süni intellekt yaratmasaydıq, daha yaxşı olardı", - deyə alim bildirib./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki