Çin avtomobili sürənlərin NƏZƏRİNƏ:SİSTEM BLOKLANIR... CİDDİ PROBLEM

Rusiyada “Li Auto” sahibləri kütləvi haker hücumları ilə üzləşiblər.

Referans Media  xəbər verir ki, onlar avtomobilin idarəetmə sistemini məsafədən ələ keçirirlər. Hakerlər ya kondisioneri işə salır, ya ekranı söndürür, ya da maşının ümumiyyətlə işə salınmasına mane olurlar. Bundan sonra isə avtomobil sahibi ilə əlaqə yaradaraq bloklanmanı götürmək üçün haqq tələb edirlər. 

Ən ciddi problem Çin mobil operatorlarının nömrələri quraşdırılmış avtomobillərdə müşahidə edilir. Bu nömrələr Çindən qeyri-rəsmi formada gətirilmiş avtomobillərdə olur./Avtosfer.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki