“Superdövlət” necə pul qazanıb? – SSRİ-nin xarici ticarəti haqqında həqiqətlərbackend

“Superdövlət” necə pul qazanıb? – SSRİ-nin xarici ticarəti haqqında həqiqətlər

    

Ümumi Daxili Məhsulun həcminə görə dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Sovet İttifaqı maraqlı bir paradoksla mövcud olub. Bir tərəfdən ölkə təsiredici istehsal göstəriciləri ilə öyünüb, digər tərəfdən isə vətəndaşlar əsas malların daimi qıtlığı ilə üzləşiblər.

Qəribəsi odur ki, SSRİ dəri ayaqqabı istehsalında dünya lideri olub, lakin sovet adamları xaricdən gətirilən ayaqqabıların arxasınca qaçıblar. Ölkə hamıdan daha çox kərə yağı istehsal edib, lakin bu, norma ilə tənzimlənib. Məsələn 1981-ci ildə Çelyabinsk vilayətində norma müəyyən edilib: böyük şəhərlər üçün ayda adambaşına 200 qram, kiçik şəhərlər üçün isə 150 qram kərə yağı.

5c920972-365c-477e-9343-71d5f1c54b02.jpeg (187 KB)

Ümumi şəkər çuğunduru yığımına görə Sovet İttifaqının tayı-bərabəri olmayıb, lakin şəkər talonla satılıb. SSRİ balıq ovu və dəniz məhsulları istehsalına, qoyun və donuzların sayına görə dünyada ikinci olub. Bununla belə, 1980-ci illərdə, Moskva və Leninqrad istisna olmaqla, demək olar ki, bütün ölkədə ət məhsulları talonlarla paylanıb.

İstehsal və istehlak arasındakı bu disbalans onu deməyə əsas verir ki, istehsalın əhəmiyyətli bir hissəsi avadanlıq almaq və hərbi sənaye kompleksini inkişaf etdirmək üçün lazım olan valyutanı əldə etməkdən ötrü ixrac edilib. Yəni xalq üçün nəzərdə tutulan vəsait müəyyən təcrübələr və silah istehsalı adı altında “ciblərə” gedib. Nəzərə almaq lazımdır ki, rəsmi səviyyədə korrupsiya qadağan olsa da, SSRİ-də bir çox işlər ya “tanış”, ya da çoxlu “bənövşəyi 25-lik” hesabına həll edilib. Vəzifəli qohum isə birbaşa “yaşıl işıq” olub.

Sovetin xarici ticarəti – Krasindən Mikoyana qədər

14e6d809-67b8-4c73-a6c9-c8616bf56b8a.jpeg (50 KB)

Xarici ticarət təkcə elm deyil, həm də müəyyən istedad tələb edən sənətdir. Halbuki SSRİ-də təhsil və qabiliyyətdən daha çox partiya mənsubiyyəti hesab olunub. SSRİ-də xarici ticarət fəaliyyətinin inkişafı çox vaxt 1926-cı ildə SSRİ Xalq Daxili və Xarici Ticarət Komissarlığına rəhbərlik etmiş Anastas Mikoyanın adı ilə əlaqələndirilib.

Lakin Leonid Krasini sovet xarici ticarətinin əsl banisi hesab etmək olar. Bolşeviklər partiyasında döyüş dəstələrinin təşkili üzrə mütəxəssis kimi şöhrət qazanmasına baxmayaraq, Krasin savadlı, Peterburq Texnoloji İnstitutunda təhsil almış bir insan olub.

SSRİ-də xarici ticarət ən uğurla “Yeni iqtisadi siyasət” dövründə inkişaf edib. Sonra ölkə tarixində yalnız bir dəfə onun balansı müsbət olub. Sovet rəhbərliyi taxıl ixracına önəm verərək Rusiya imperiyasının yolu ilə getməyə qərar verib. 1924-cü ildə ixracda taxılın xüsusi çəkisi 37,8%, taxta və taxta məmulatları – 13%, neft və neft məhsulları – 11%, xəz – 5% təşkil edib.

0b16d616-2be9-45db-845c-60e8cf137cac.jpeg (216 KB)

1925-ci ildə SSRİ-nin ilk Xarici və Daxili Ticarət Xalq Komissarı yarım təhsilli aqronom, qida dəstələrinin təşkilatçılarından biri olan Aleksandr Tsyurupa olub. Ondan sonra idarəyə qısa müddət ərzində Lev Kamenev rəhbərlik edib, lakin o, Stalinə qarşı olduğu üçün repressiya edilib v bu vəzifəyə Anastas Mikoyan təyin edilib.

Kasıb kəndli ailəsindən olan Anastas Mikoyan ilahiyyat məktəblərində iqtisadiyyatı deyil, dini öyrənib. Xalq komissarı kimi onun ilk işlərindən biri xarici valyuta əldə etmək üçün sovet muzeylərindəki sənət əsərlərini satmaq olub.

1930-cu ildə Mikoyanın şöbəsi Xalq Xarici Ticarət Komissarlığına və Xalq Təchizat Komissarlığına bölünüb. Təchizatla məşğul olmaq Mikoyana, xarici ticarət isə Arkadi Rozenqoltsa həvalə edilib. Birmənalı olmayan reputasiyasına baxmayaraq, Rozenqolts bu vəzifədə Mikoyandan daha uğurlu olub.

4b752419-06e4-4837-8779-5f192eee9d4c.jpeg (228 KB)

Rozenqolts dövründə taxılın ixracdakı payı 1929-cu ildəki 9,9%-dən 1930-cu ildə 29%-ə yüksəlib. Bu, Stalinin sənayeləşməni maliyyələşdirmək üçün taxıl ixracını məcburi etmək tələbləri ilə bağlı olub. Lakin “Böyük depressiya” səbəbindən taxılın qiyməti aşağı düşüb. Rozenqolts 1938-ci ildə Stalinə sui-qəsd təşkil etməkdə ittiham edilərək edam olunub. Onu Yevgeni Çvyalev əvəz edib, o da tezliklə həbs olunaraq edam edilib. Bundan sonra Stalin Mikoyanı öz vəzifəsinə qaytarıb.

Müharibə ərəfəsində SSRİ-nin faşist Almaniyası ilə iqtisadi əməkdaşlığı az məlum olan fakt olaraq qalıb. 1939-cu il avqustun 19-da Berlində Almaniya-SSRİ ticarət sazişi imzalanıb. 1940-cı il fevralın 11-də Moskvada imzalanan əlavə müqavilədə tərəflərin öhdəlikləri göstərilib. SSRİ müharibə vəziyyətində olan Almaniyanı nadir metallarla təmin edib: 11 min ton mis, 3000 ton nikel, 950 ton sink, 500 ton molibden, 500 ton volfram və 40 ton kobalt. 22 iyun 1941-ci ildə qismən sovet poladdan hazırlanmış və sovet yanacağı ilə işləyən alman tankları SSRİ sərhədini keçəndə taxıl və neft olan qatarlar hələ də ətalətlə Almaniyaya əks istiqamətdə hərəkət edib.

6de7cd63-098d-437a-90b3-a45e2bd2aa1d.jpeg (61 KB)

Sovet xarici ticarətinin tarixi həm də ən barışmaz görünən qarşıdurmalarda belə iqtisadi maraqların ideoloji prinsiplərdən üstün ola bilməcəyini göstərib. II dünya müharibəsi ərəfəsində SSRİ ilə nasist Almaniyası arasında ticarət əməkdaşlığı sovet rəhbərliyinin faşistlərə birbaşa dəstəyinin bariz nümunəsidir.

Yəni Avropada gün ərzində minlərlə insanın ölümündə SSRİ rəhbərliyinin əli olub. Son nəticədə SSRİ-nin xarici ticarəti bütün nailiyyətləri və ziddiyyətləri ilə ölkənin inkişafında mühüm rol oynamayıb, onu lazımi resurslar və texnologiyalarla təmin etməyib. Bu, həm də sovet iqtisadi sisteminin daxili problemlərini ifşa edən və sonda onun dağılmasına səbəb olan amillərdən birinə çevrilib(Musavat.com)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki