image-pisik3backend

Pişiklərin qeyri-adi davranışları yaxınlaşan təhlükələrdən xəbər verə bilər

Pişiklərin bəzən qeyri-adi və sanki fövqəltəbii görünən kəskin hiss orqanları tarix boyu insanların diqqətini cəlb edib.

Referans Media xəbər verir ki, Elmi yanaşmaya görə, çox zaman “altıncı hiss” kimi təqdim olunan bu xüsusiyyətlər pişiklərin insanlarla müqayisədə daha inkişaf etmiş eşitmə, iybilmə və titrəyişləri hiss etmə qabiliyyəti ilə izah olunur. Mütəxəssislər bildirir ki, ev pişiklərinin bəzi fərqli davranışları yaxınlaşan təhlükələrə və ya ətraf mühitdəki dəyişikliklərə reaksiya ola bilər.

Pişiklərin xəbərdarlıq xarakterli beş əsas davranışı

1. Görünməz təhlükələrə ani reaksiya
Pişiyin qəfil boş bir nöqtəyə baxaraq tıslaması və ya tüklərini qabartması diqqət çəkən haldır. Mütəxəssislərin fikrincə, pişiklər insanların hiss edə bilmədiyi elektromaqnit dəyişikliklərini və ya infraqırmızı dalğaları sezə bilər. Bu, təbii hadisələrə, elektrik sistemindəki nasazlıqlara və hətta qaz sızmasına reaksiya ola bilər.

2. Qeyri-adi səslər və narahat miyoldama
Xüsusilə gecə saatlarında və ya qapı eşiklərində yüksək və alışılmadıq səslə miyoldama pişiyin narahatlığından xəbər verə bilər. Pişiklər uzaqda baş verən fırtınaları və ya aşağı tezlikli səsləri belə ayırd edə bilirlər. Sağlamlıq problemi istisna edildikdən sonra ətraf mühit faktorlarını yoxlamaq tövsiyə olunur.

3. Həddindən artıq yaxınlıq axtarışı
Adətən məsafəli olan pişiyin qəfil sahibinə daha çox yaxınlaşması və daim yanında qalmaq istəməsi onun stress yaşadığını göstərə bilər. Bu hal evdə və ya ətraf mühitdə hiss edilən gərginliyə reaksiya kimi dəyərləndirilir.

4. Ayrılıq zamanı panik davranış
Pişiyin evdən çıxmağa mane olmağa çalışması və ya qapı önündə yüksək səslə reaksiya verməsi təkcə emosional bağlılıqla izah olunmaya bilər. Mütəxəssislər bunu sahibin stress vəziyyətini və ya ətrafdakı qeyri-adi hərəkətliliyi hiss etməsi ilə əlaqələndirirlər.

5. Yatma yerinin qəfil dəyişdirilməsi
Uzun müddət eyni yerdə yatan pişiyin qəfil daha hündür və ya qapalı sahələrə çəkilməsi təhlükəsizlik hissinin zəifləməsinə işarə edə bilər. Bu davranış mikro titrəyişlərə və ya yaşayış məkanındakı struktur dəyişikliklərinə reaksiya kimi qiymətləndirilir.

Mütəxəssislərdən xəbərdarlıq
Qeyd olunur ki, bu davranışlar hər zaman xarici təhlükə ilə əlaqəli olmaya bilər. Pişiklərdə qəfil və davamlı davranış dəyişiklikləri bəzən sağlamlıq problemlərinin əlaməti ola bilər. Belə hallarda ətraf mühiti yoxlamazdan əvvəl mütləq baytar həkiminə müraciət edilməsi tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki