Referans Media Yaponiya mediasına istinadən xəbər verir ki, bir pilot və iki sərnişin daşımaq qabiliyyətinə malik “SD-05”-in nümayiş uçuşu təhlükəsizlik protokollarına uyğun olaraq uzaqdan və pilotsuz həyata keçirilib.
Bildirilib ki, avtomobil, Tokio körfəzi üzərində təxminən 3 dəqiqə yarım uçaraq 150 metr məsafə qət edib.
“SkyDrive”-ın baş direktoru Tomohiro Fukuzava bildirib ki, uçan avtomobilin 2028-ci ildə ölkədə kommersiya fəaliyyətinə başlaması hədəflənir: “Bu modelin əvvəlcə kommersiya məqsədli istifadəsi planlaşdırılır. 2030-cu ildən sonra isə nəqliyyat xərcləri taksi ilə gediş haqqının yarısı və ya hətta daha az ola bilər”.
15-40 kilometr məsafə qət edən “SD-05”-in ənənəvi helikopterlərlə müqayisədə daha dar ərazilərə enmə qabiliyyətinə görə şəhər hava nəqliyyatında əhəmiyyətli bir alternativ olduğu düşünülür.//publika.az























