ABŞ-li alimlər öskürək, soyuqdəymə, qrip və hətta bəzi bakterial ağciyər infeksiyalarına qarşı qoruma təmin edə biləcək burun spreyi formasında “universal peyvənd” hazırlayıblar.
Referans Media xəbər verir ki, Stanford University-də aparılan və Science jurnalında dərc olunan araşdırmada yeni üsul heyvanlar üzərində sınaqdan keçirilib. Peyvənd immun hüceyrələrini “hazırlıq vəziyyətinə” gətirərək müxtəlif virus və bakteriyalara qarşı sürətli reaksiya verməsini təmin edir. Təsirin təxminən üç ay davam etdiyi bildirilib.
Alimlər qeyd edirlər ki, nəticələr insan sınaqlarında da təsdiqlənərsə, bu yanaşma tənəffüs yolu infeksiyalarına qarşı mübarizədə yeni mərhələnin başlanğıcı ola bilər. University of Oxford mütəxəssisləri də araşdırmanı perspektivli addım kimi qiymətləndiriblər.
Gülnaz Abdullazadə.
