Gürcüstanın Poti şəhərində baş verən yanğında 60 yaşına yaxın kişi həlak olub.
Referans Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ruxadze küçəsindəki çoxmərtəbəli binanın mənzillərindən birində baş verib.
Qonşuların sözlərinə görə, dünyasını dəyişən şəxs tək yaşayırdı. Hadisə yerinə bir neçə yanğın-xilasetmə briqadası cəlb edilib, polis də mobilizasiya olunub.
Yanğının səbəbinin siqaret kötüyü olduğu ehtimal edilir.






















