Telefonları gözlər önümdə oğurladı KİMSƏ MÜDAXİLƏ ETMƏDİ-VİDEO

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində mağazadan mobil telefonlar oğurlanıb.

Referans Media  xəbər verir ki, mağazaya maskalı şəxs daxil olaraq vitrində təhlükəsizlik kabelləri ilə bərkidilmiş telefonları zorla qoparıb.

Hadisəni mağazadakı müştəri və əməkdaşlar izləsə də, heç kim oğruya müdaxilə etməyib.

Cihazları götürən şəxs mağazadan çıxaraq qarşıda saxlanılan avtomobilə minib və ərazidən uzaqlaşıb./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki