Sirkə turşusu tələbənin ÖLÜMÜNƏ SƏBƏB OLDU

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.

Referans Media  xəbər verir ki, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.

Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.

Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki