“TikTok”da qeyri-etik ifadələr işlədən Habil həbs edildi

“TikTok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən şəxs polis tərəfindən saxlanılıb.

Referans Media xəbər verir ki, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov “TikTok”da dostuna məxsus “Məmmədov Səmiyyədin” adlı səhifədə canlı yayım açaraq onu izləyən şəxslərin ünvanına xoşagəlməz ifadələr səsləndirib.

Məhkəmənin qərarı ilə H.Həsənov 15 sutka inzibati qaydada həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki