Tovuzda toyda kütləvi dava: bıçaqlanan var

Tovuz rayonunda toy məclisində kütləvi dava olub.

Referans Media “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evində ofsiantlar arasında baş verib.

Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaqlanıb. Təcili xəstəxanaya çatdırılan yaralı əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.

Faktla bağlı araşdırmalar davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki