ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Yəməndəki separatçı qüvvələr arasında davam edən münaqişəyə son qoymaq niyyətində olduğunu bildirib.
O, bu barədə “The Daily Mail” qəzetinə verdiyi müsahibədə danışıb.
Tramp qeyd edib ki, Yəməndəki münaqişə ABŞ-ın üzləşdiyi növbəti ciddi böhranlardan biridir.
“Düşünürəm ki, bu, qarşılaşmalı olduğumuz daha bir müharibədir. Biz buna doqquzuncu müharibə deyəcəyik”, – deyə Amerika lideri vurğulayıb.
ABŞ Prezidenti daha əvvəl Ağ Evə qayıtdığı vaxtdan bəri səkkiz müharibəni dayandıra bildiyini iddia edib. Onun sözlərinə görə, bu proseslərdə əsas məqsədi insanların həyatını xilas etmək olub.
Tramp həmçinin ABŞ-ın Ukraynadakı münaqişədən iqtisadi baxımdan fayda əldə etdiyini etiraf edib, lakin böhranın həllinə yalnız humanitar məqsədlərlə yanaşdığını bildirib.//globalinfo.az























