Tramp Putinlə Zelenskini görüşdürür – Hazırlıq başladıbackend

Tramp Putinlə Zelenskini görüşdürür – Hazırlıq başladı

  ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar üçün məkan axtarır.

Referans xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton, Kiyev və Moskva arasında görüşün gələn həftənin sonunda keçirilməsi nəzərdə tutulur, lakin yer və digər təfərrüatlar barədə hələ məlumat verilmir.

Donald Tramp və Vladimir Putinin avqustun 15-də Alyaskanın ən böyük şəhəri Ankoricdə yerləşən “Elmendorf-Richardson” hərbi bazasında danışıqlar aparması planlaşdırılır. Tramp həmçinin Zelenski ilə üçtərəfli görüş təşkil etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Putin avqustun əvvəlində Ukrayna lideri ilə görüşə qarşı olmadığını desə də, bunun üçün müəyyən şərtlərin yaradılmalı olduğunu və prosesin hələ çox uzaqda olduğunu vurğulamışdı./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki