image-trump-grenlandbackend

Tramp Qrenlandiya planını işə saldı – Pentaqon üsyana qalxdı

Donald Tramp ABŞ ordusuna Qrenlandiyanın ilhaqı ilə bağlı mümkün hərbi ssenarilər hazırlamağı tapşırıb.

Referans Media xəbər verir ki, “Daily Mail”in məlumatına görə, yüksək rütbəli hərbi rəsmilər bu cür planların qanunsuz olduğunu və Konqresin təsdiqindən keçməyəcəyini bildiriblər.

Məlumata əsasən, Pentaqondakı bir sıra vəzifəli şəxslər Trampı daha az radikal variantlara yönəltməyə çalışır. Paralel olaraq diplomatlar müxtəlif ssenariləri nəzərdən keçirirlər: hərbi və ya siyasi təzyiq mexanizmlərindən tutmuş, Danimarkanın ABŞ-yə Qrenlandiyada daha geniş hərbi giriş imkanı verə biləcəyi kompromis variantlara qədər.

Nəşrin yazdığına görə, ABŞ ordusundakı generallar Trampın Qrenlandiya ilə bağlı təşəbbüsünü açıq şəkildə “dəli və qanunsuz” adlandırırlar. Bu səbəbdən onlar prezidentin diqqətini dünyanın digər bölgələrində mümkün iri miqyaslı hərbi əməliyyatlara yönəltməyə çalışırlar.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki