image-tramp-3-900x506-1backend

Tramp Sülh Şurasına üzvlük üçün 1 milyard dollar şərti qoyur

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkələrin Qəzza sektoru üzrə yaradılması nəzərdə tutulan “Sülh Şurası”nda daimi yer əldə etməsi üçün azı 1 milyard dollar ayırmasını təklif edir.

Referans Media  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şuranın nizamnamə layihəsinə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, şuraya üzv olan hər bir dövlət nizamnamə qüvvəyə mindikdən sonra ən çoxu üç il müddətinə vəzifələrini icra edəcək və bu müddət sədrin qərarı ilə uzadıla bilər. Lakin nizamnamənin qüvvəyə mindiyi ilk il ərzində şuraya 1 milyard dollardan artıq vəsait ayıran ölkələr üçün bu üçillik məhdudiyyət tətbiq olunmayacaq.

Layihədən həmçinin məlum olur ki, “Sülh Şurası”na kimlərin dəvət ediləcəyinə məhz Donald Tramp qərar verəcək. Şurada qərarlar səs çoxluğu ilə qəbul ediləcək, hər ölkənin bir səsi olacaq. Bununla belə, bütün qərarlar şuranın sədri tərəfindən təsdiqlənməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki