ABŞ məhkəməsi ölkənin Ədliyyə Nazirliyinə Cefri Epşteyn işi ilə bağlı bəzi materialları senzurasız və ya daha az redaktə olunmuş formada təqdim etməyi tapşırıb.
Referans Media xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
Bildirilib ki, nazirlik iyulun 2-dək ya sənədlərin tam versiyasını açıqlamalı, ya da məlumatların niyə məxfi saxlanıldığını əsaslandırmalıdır:
“Söhbət 13 yaşında olarkən Ceffri Epşteyn və ABŞ Prezidenti Donald Tramp tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edən qadının ilkin ifadələrinin protokollarından gedir.
Bu materiallar daha əvvəl geniş redaktələrlə yayımlanmışdı”.
Qeyd edək ki, Tramp həmin ittihamları əvvəllər qəti şəkildə rədd edib.
