Arda Güler dünyanı heyran qoydu – performansı böyük rezonans doğurdu

Türkiyə millisinin gənc ulduzu Arda Güler ABŞ ilə keçirilən oyunda nümayiş etdirdiyi performansla dünya futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

Referans Media xəbər verir ki,  2026-cı il FIFA Dünya Kubokunun qrup mərhələsində ABŞ üzərində 3:2 hesablı qələbə qazanan Türkiyə millisinin turnirdəki ilk qoluna məhz Arda Güler imza atıb.

Gənc futbolçunun oyundakı çıxışı sosial şəbəkələrdə də geniş rezonans doğurub. X platformasında müxtəlif ölkələrdən futbol azarkeşləri Arda ilə bağlı çoxsaylı paylaşımlar ediblər.

Paylaşımlarda futbolçunun performansı yüksək qiymətləndirilib. Bəzi istifadəçilər onun oyunu ilə bağlı “Bu gün Messi səviyyəsində oynayır”, “Nə oyunçudur”, “Sahadakı hər kəsdən fərqli idi”, “Möhtəşəm çıxış etdi” kimi fikirlər səsləndiriblər.

Arda Güler həm vurduğu qolla, həm də meydandakı aktiv oyunu ilə qarşılaşmanın ən çox müzakirə olunan futbolçularından biri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki