Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi

Ağ Ev Kremlində Rusiya və ABŞ arasında keçirilən danışıqlarla bağlı şərh verib.

Referans Media xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda növbəti addımları müzakirə ediblər. Yaxın həftələrdə müvafiq tədbirlərin elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Amerika liderinin kürəkəni Cared Kuşner sentyabrın 5-də Moskvaya səfər ediblər. 

ABŞ nümayəndələri ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş üç saat on dəqiqə davam edib. Trampın xüsusi nümayəndələrinin bu gün Kiyevə səfər edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki