backend

Türkiyə XİN: Qara dənizdəki hücumlar təhlükəsizliyə təhdid yaradır

Qara dənizdə Türkiyənin xüsusi iqtisadi zonasındakı gəmilərinə edilən hücumlar nəqliyyat təhlükəsizliyinə ciddi təhdid yaradır.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

“Türkiyənin xüsusi iqtisadi zonasındakı gəmilərinə edilən hücumlar Qara dənizdə nəqliyyat təhlükəsizliyini ciddi şəkildə təhdid edir və dəniz ticarəti və insanların hərəkəti üçün qapalı zona halına gətirir”, – o qeyd edib.

Hakan Fidan əlavə edib ki, Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə birgə işçi qrupu yaradıb:

“Tərəflər xüsusilə müharibə zamanı istifadə olunan minaların sahilyanı ərazilərə sürüklənərək ticarətə və təhlükəsizliyə mane olmasını aradan qaldırmaq üçün bu addımı atıb. Hərbi və dəniz qüvvələri artıq məsələnin həlli üzərində fəaliyyətə başlayıb”./teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki