backend

Türkiyədə daha bir zəlzələ

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib.

 

Referans Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

 

Bildirilib ki, yerli vaxtla 03:31-də baş verən yeraltı təkanlar Antalyanın Konyaaltı rayonunda qeydə alınıb.

 

Zəlzələnin ocağı 20,75 kilometr dərinlikdə yerləşib.

 

Xatırladaq ki, dünən Türkiyənin Van vilayətinin Tuşpa rayonunda da 4,6 bal gücündə zəlzələ baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki