Türk televiziyalarının uzunömürlü seriallarından olan “Arka Sokaklar”da “Rıza Baba” obrazı ilə tanınan Zafer Ergin xəstəxanaya yerləşdirilib.
Referans Media xəbər verir ki, aktyorun səhhəti ilə bağlı həyat yoldaşı Binnaz Ergin “Haber Global”a açıqlama verib.
Onun sözlərinə görə, aktyorun orqanizmində susuzlaşma yaranıb və infeksiya göstəriciləri yüksək çıxıb.
Qeyd edək ki, aktyor “Kurtlar Vadisi”ndə Karahan obrazında da çıxış edib.























