image-c271245c6ecc2e49f5392e3132014c9fbackend

Ukraynada gedən müharibədə Şəmkir sakini həlak oldu

Ukraynada davam edən müharibədə Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Şəmkir rayon sakini Qarayev Elvin Fəxrəddin oğlu həlak olub.

Referans Media xəbər verir ki, bu barədə məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.

Məlumata görə, Elvin Qarayev bir müddət idi itkin düşmüş hesab olunurdu. Sonradan onun nəşinin tapıldığı bildirilir. Nəşin sabah Bakıya göndəriləcəyi, daha sonra isə Şəmkir rayonunda dəfn olunacağı qeyd olunur.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki