backend

UNUDULAN MƏMURLAR – Azərbaycanın bu nazirliyində ilk nazir idi…SONRA İSƏ…

Referans Media Azərbaycan Respublikasında zamanında yüksək dövlət vəzifələrində çalışan və hazırda isə unudulan sabiq məmurlarla bağlı “UNUDULAN MƏMURLAR” rubrikasını təqdim edir.

 

Rubrikamızda bu dəfə Azərbaycanın sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovdan bəhs edəcəyik.

Yavər Talıb oğlu Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972-ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada vəfat edib. Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Ailəli olmuşdur, 3 övladı var. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşıdır.

Yavər Camalov 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.

image-yaver_camalov

Bünyamin Bünyadzadə

Referans MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki