Ürək xəstəlikləri riskini azaldan vərdiş: Gündə cəmi 15 dəqiqə...

Qısa yürüşlərin sağlamlığa faydası ilə bağlı yeni araşdırma diqqət çəkib.

Referans Media Publika.az-a  istinadən xəbər verir ki, araşdırma Böyük Britaniyada 40-79 yaş aralığında 33 mindən çox insan üzərində aparılıb.

9,5 il davam edən tədqiqat göstərib ki, gündəlik ən az 15 dəqiqə fasiləsiz yürüş etmək ani ölüm və ürək-damar xəstəlikləri riskini ciddi şəkildə azaldır.

Bildirilib ki, həmin şəxslərdə ölüm riski 83 faiz, ürək-damar xəstəlikləri riski isə 68 faiz daha aşağı olub.

Araşdırma “Annals of Internal Medicine” jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki