image-vatsap-yenibackend

​”WhatsApp” yeni üsluba keçdi – Hamıda fərqli olacaq

“WhatsApp”da telefon nömrələri paylaşmadan ünsiyyət qurulması ilə bağlı yeniliyin bəzi detalları məlum olub.

Referans xəbər verir ki, yenilik “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Yeniliyə əsasən istifadəçilər nömrələrini paylaşmadan ünsiyyət qura biləcək. Bildirilir ki, bu da məxfilik baxımından mühüm əhəmiyyət daşıyır. Yeniliyə əsasən hər istifadəçinin özünə məxsus adı olacaqvə hər “username” yalnız bir dəfə qeydiyyatdan keçə biləcək. Adlarda latın hərfləri və simvollar istifadə oluna bilər. “www.”, “.com” kimi adlardan istifadə qadağan ediləcək.

İstifadəçi adını dəyişərsə bu barədə onun unsiyyət qurduğu söhbət iştirakçılarına bildiriş göndəriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki