Xamenei ilə bağlı sual Putini narahat etdi: “Danışmaq istəmirəm!” backend

Xamenei ilə bağlı sual Putini narahat etdi: “Danışmaq istəmirəm!” 

  “İranın ali rəhbəri Seyid Əli Ayətullah Xameneinin öldürülməsi ehtimalını müzakirə etmək belə istəmirəm”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

İsrailin İranın ali rəhbərini öldürə biləcəyi halda Moskvanın buna reaksiyasının necə olacağı ilə bağlı jurnalistin sualına münasibət bildirib:

“İcazə versəniz, ümid edirəm ki, bu sualınıza ən dəqiq cavabım bu şəkildə olacaq: “Belə bir ehtimalı müzakirə etmək belə istəmirəm”, – o, bildirib

“AFP Europe”un redaktoru Kərim Talbi belə bir ehtimalın ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən artıq açıq müzakirə olunduğunu söyləyib.

“Bütün bunları eşitmişəm, amma müzakirə etmək belə istəmirəm”, – Putin cavab verib.

//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki