Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib – FƏRMAN backend

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib – FƏRMAN 

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

Referans AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki