Bu il Bakıda və ümumilikdə respublika ərazisində yanğın hadisələrinin sayı ötən illə müqayisədə artıb.
Referans.az xəbər verir ki, Nazirliyin məlumatına görə, 2025-ci ilin I yarımili ərzində respublika üzrə ümumilikdə 9 294 yanğın və texnogen mənşəli hadisə qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 244 hadisə və ya 39% çoxdur:
“Hadisələr nəticəsində 36 nəfər həlak olub, 132 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 30 nəfər xilas edilib, 395 nəfər təxliyə olunub”, – deyə bildirilib.
Statistika göstərir ki, hadisələrin əksəriyyəti texnogen və ehtiyatsızlıq səbəbləri ilə bağlıdır.
