Yəməndə qanlı qarşıdurma: 50-yə yaxın ölən var

Yəməndə hökumət qüvvələri ilə husilər arasında son 24 saat ərzində gedən döyüşlərdə təxminən 50 nəfər ölüb.

Referans Media xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Agentliyin məlumatına görə, ölənlər arasında həm hökumət qüvvələrinin, həm də husilərin üzvləri var. Məlumat AFP-yə danışan mənbələrə istinadən yayılıb.

Tərəflər arasında döyüşlərin son sutka ərzində intensivləşdiyi bildirilir./Modern.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki