“Fransa artıq Rusiyaya qarşı gizli hərbi əməliyyatlar həyata keçirir”.
Referans Media xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.
Bildirilib ki, Paris Moskva ilə bağlı hərbi qarşıdurmada ictimaiyyətə açıqlanmayan əməliyyatlara başlayıb:
“Fransanın Rusiyaya qarşı hərbi cavabı əvvəlcədən elan etmədən həyata keçirə bilib-bilməyəcəyi ilə bağlı suala, Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsi “Bu, artıq baş verir” cavabını verib”.
“Le Monde” bu məlumatı Prezident Emmanuel Makronun Rusiyanın Fransaya qarşı hibrid müharibəsi ilə bağlı xəbərdarlıqları fonunda yayıb./Globalinfo.az/
