Ceyhun Bayramov ABŞ-a getdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Referans Media xəbər verir ki, səfər çərçivəsində nazirin Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki