image-cpujhjdjo3djs6ozrawgpbdgsqudh0kpn6wk4zlq_1200-5backend

“Yeni Klinika”dan Barat Yusubovla bağlı açıqlama

“Yeni Klinika”nın direktoru Barat Yusubovun vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yoxdur.

Referans Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq klinikanın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, B. Yusubov bu gün saat 17:30-a qədər iş başında olub. Rəsmi məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki