image-cpujhjdjo3djs6ozrawgpbdgsqudh0kpn6wk4zlq_1200-7backend

580 min yeni müqavilə: əmək bazarında nə dəyişir?

Qeyri-formal məşğulluq həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr üçün böyük problemdir.

Referans Media xəbər verir ki, bunu əmək və əhalinin soail müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə böyük diqqət göstərilir və ötən müddət ərzində Azərbaycanda əldə edilən təcrübə deməyə əsas verir ki, ölkəmizdə bu istiqamətdə mübarizə tədbirləri kompleks xarakter daşıyır.

“Biz yalnız cəza tədbirləri ilə məhdudlaşmırıq, bu sahədə geniş maarifləndirmə, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində addımlar atırıq. Bu, Beynəlxalq Əmək Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmişdi. Rəqəmlərə baxdıqda görürük ki, görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayında 44 faiz – 580 mindən çox artım müşahidə edirik. Bu artımın özəl sektora da təsiri böyük olub. Özəl sektorda əmək müqavilələrinin sayı 2,1 dəfə – 450 minə yaxın artmışdı. Eyni zamanda görülən tədbirlərin təsiri ölkədə formalaşmış əməkhaqqı fondunun artımlarında da özünü göstərib. Ölkə üzrə əməkhaqqı fondu, nazirliyin əmək və məşğulluq alt sisteminin məlumatlarına əsasən, 3,3 dəfə artaraq aylıq əsasda 500 milyon manatdan 1,6 milyard manata yüksəlib”, – nazir əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki