image-senedsizevlerbackend

Binədə evlər SÖKÜLÜR: Kompensasiya məbləği məlum oldu – ŞOK QİYMƏT!

Binə qəsəbəsində evlərin sökülməsi, kompensasiya məbləği və yol infrastrukturunun genişləndirilməsi ilə bağlı məsələlər aktuallığını qoruyur.

Referans Media-ya açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, sözügedən ərazidə əsas müzakirə olunan məsələlərdən biri yol infrastrukturunun inkişafıdır.

Onun sözlərinə görə, layihə çərçivəsində qəsəbədaxili və qəsəbələrarası nəqliyyat axınının yaxşılaşdırılması məqsədilə yolun genişləndirilməsi nəzərdə tutulur:

“Həmin ərazidə yol infrastrukturunun inkişafı ilə bağlı, qəsəbələrin daxilindən digər qəsəbələrə keçidi təmin edən yolun genişləndirilməsi məsələsi var”.

Ekspert qeyd edib ki, kvadratmetrə görə 1250 manat kompensasiya məbləği orta bazar qiymətlərinə uyğun hesablanıb:

“Qiymət 1250 manat orta bazar qiyməti ilə dəyərləndirilirdi. Lakin burada individual məsələlər var. Əmlakların yüksək təmirli olması, eləcə də ərazidə kifayət qədər kommersiya obyektlərinin mövcudluğu qiymətləndirməyə təsir edən amillərdəndir”.

Elnur Azadov vurğulayıb ki, məsələ hələ tam təsdiqlənməyib və hazırda icra mexanizmlərinə baxılır:

“Məsələ, bildiyim qədər, tam təsdiqlənməyib. Hazırda bu kimi bir prosesin icra olunmasına baxılır”.

Onun sözlərinə görə, bu cür kompensasiyalar daşınmaz əmlak bazarında canlanmaya səbəb olur:

“Ərazidə vətəndaşlara veriləcək kompensasiya bazarın canlanmasına səbəb olacaq. Həm yol infrastrukturu yaxşılaşacaq, həm də dövlət tərəfindən verilən kompensasiyalar daşınmaz əmlak sektorunda aktivliyi artırır”.

Ekspert əlavə edib ki, Bakının digər ərazilərində də oxşar proseslər müşahidə olunur:

“Nəzərə alsaq ki, şəhərin mərkəzi hissəsində – Bayıl, Sovetski adlanan ərazilər və Nərimanov prospekti ətrafında da söküntü işləri aparılır və bəzi hallarda vətəndaşlara daha yüksək – 2700 manata qədər kompensasiya verilir, bu kimi daxilolmalar bazara müsbət təsir edir”.

Elnur Azadov qeyd edib ki, köçürülmə prosesində vətəndaşlar fərqli seçimlər edə bilərlər:

“Əhalinin bir qismi hazır evlərə köçə bilər, digər qismi isə alternativ olaraq başqa ərazilərdə yeni tikinti işlərinə başlaya bilər. İstənilən halda bunun neqativ tərəfi yoxdur. Əsas məsələ vətəndaşlara verilən kompensasiyanın ədalətli olmasıdır”.

Ekspert sonda diqqətə çatdırıb ki, ərazidəki tikililərin hüquqi statusu da mühüm rol oynayır:

“Orada bəzi tikililər qanunsuzdur, bəziləri qanunidir, bəzilərinin isə torpaq sənədləri var. Təkcə fərdi evlər yox, kommersiya obyektləri də mövcuddur. Əsas məsələ kommersiya obyektlərinin düzgün qiymətləndirilməsidir ki, vətəndaşlar problem yaşamasın”.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki