Yevlax rayonunda ölüm hadisəsi baş verib.
Referans Media xəbər verir ki, Mingəçevir şəhər sakini Əjdər Pirimov Yevlax rayonunun Əkşəm kəndində yerləşən ata evində güllə yarasından aldığı xəsarət nəticəsində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
