Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İstanbulda görüşüb.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, işgüzar səfərlə İstanbula gələn Volodimir Zelenski Prezident Administrasiyasının Dolmabaxça İş Ofisində Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Görüşdə Rusiya-Ukrayna müharibəsi, Qara dənizdəki təhlükəsizlik vəziyyəti, eləcə də Türkiyə ilə Ukrayna arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirəsi gözlənilir.
Məlumata görə, tərəflərin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacağı bildirilir.
Görüşdən sonra Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir./NOCOMMENT.az/
