Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib.
“Referans” xəbət verir ki, idarədən Publika.az-a daxil olan məlumatda deyilir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir:
“Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:
– Sürət həddini aşmayın;
– Yol və hava şəraitinə uyğun hərəkət edin;
– Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.
Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir”.